NOVXANI BETON atsep satışı — qum-çınqıl qarışığının yaxın planı

Atsep Satışı

Beton istehsalı, yol əsası və dolğu işləri üçün atsep (qum-çınqıl qarışığı) — topdan təchizat və çatdırılma ilə.

Atsep (bəzən “otsev” kimi də deyilir) təbii qum-çınqıl qarışığıdır və tikintidə çoxməqsədli material kimi geniş istifadə olunur. Beton istehsalında doldurucu, yol və meydança əsaslarının salınmasında, dolğu və hamarlama işlərində əvəzsizdir.

NOVXANI BETON atsepi yalnız topdan satır — minimum sifariş 250 ton. Xüsusilə beton zavodları və yol-tikinti şirkətləri üçün davamlı, stabil təchizat imkanı yaradırıq — sifariş həcminə uyğun fərdi qiymət təklifi ilə.

Atsep təchizatında üstünlüklərimiz

Beton zavodlarına təchizat

İstehsal üçün davamlı və stabil atsep axını.

Böyük həcm imkanı

İri sifarişlərin operativ qəbulu və yüklənməsi.

Operativ logistika

Bakı və Abşeron üzrə vaxtında çatdırılma.

Fərdi qiymət

Həcmə uyğun sərfəli kommersiya şərtləri.

Tez-tez verilən suallar

Atsep nədir və nə üçün istifadə olunur?

Atsep — təbii qum-çınqıl qarışığıdır. Beton istehsalında doldurucu material kimi, yol və meydança əsaslarında, ərazi dolğusunda, drenaj və altqurum işlərində istifadə olunur.

Beton zavodları üçün atsep təchizatı mümkündürmü?

Bəli. Beton istehsalı ilə məşğul olan zavodlar üçün böyük həcmli, davamlı atsep təchizatı təklif edirik. Daimi əməkdaşlıqda fərdi kommersiya şərtləri razılaşdırılır.

Atsepi böyük həcmdə sifariş etmək olarmı?

Bəli, iri həcmli sifarişlər bizim əsas istiqamətlərimizdəndir. Tikinti və yol şirkətləri, podratçılar üçün davamlı təchizat və operativ logistika təşkil edirik.

Atsep çatdırılması hansı əraziləri əhatə edir?

Bakı və Abşeron yarımadası üzrə çatdırılma edirik. Novxanıdakı zavodumuz Abşeron zonasına yaxın olduğu üçün çatdırılma operativdir.